Eduard Məmmədov veteran kikboksçular arasında dünya çempionu olub | |
Antalyada kikboksinqin WAKO versiyası üzrə full-kontakt və kik-layt növlərində dünya çempionatı keçirilir. Azərbaycanın tanınmış idmançısı, “Ağ canavar” ləqəbli dəfələrlə Avropa və dünya çempionu olmuş Eduard Məmmədov veteran kikboksçular arasında kik-layt versiyası üzrə dünya çempionu olub. Qeyd edək ki, bu, idmançımızın 2019-cu ildə ikinci dünya çempionluğudur. E.Məmmədov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bu ilin oktyabrında keçirilmiş dünya çempionatında kikboksinqin layt-kontakt versiyası üzrə dünya çempionu adına layiq görülüb. |
|
Xəbər 1041 dəfə oxundu. |
|
|