Boccia üzrə “Seni Cup” Azərbaycan çempionatı keçiriləcək
Azərbaycanlı paralimpiyaçılar arasında boccia üzrə “Seni Cup” Azərbaycan çempionatı keçiriləcək. Çempionatın püşkatma mərasimi dekabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsində yerləşən 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzidə baş tutacaq.

80-dən çox fiziki məhdudiyyətli idmançının qatılacağı yarışın qrup mərhələsi dekabrın 5-də keçiriləcək. Final mərhələsi isə dekabrın 13-də Bakı İdman Sarayında təşkil olunacaq.

Finalın nəticələrinə uyğun olaraq boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşacaq.


Xəbər 975 dəfə oxundu.