Azərbaycan şahmatçısı Serbiyada keçirilən beynəlxalq turnirdə liderliyə yüksəlib
Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı liderliyə yüksəlib.

5 turda maksimum xal toplayan təmsilçimiz Abdulla Qədimbəyli turnir cədvəlində birinci pillədə qərarlaşıb. Digər təmsilçimiz Nail Bəşirli isə 4,5 xalla ikinci pillədədir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

Xəbər 682 dəfə oxundu.