Azərbaycanlı hakim sambo güləşi üzrə beynəlxalq turnirdə ədaləti qoruyacaq
Noyabrın 30-dan dekabrın 1-dək Qazaxıstan prezidentinin mükafatı uğrunda sambo güləşi üzrə beynəlxalq turnir keçiriləcək.

Yarışda ölkəmizi hakim qismində beynəlxalq dərəcəli hakim Cabir İsmayılov təmsil edəcək.

Turnirdə döyüş sambosu üzrə kişilər və qadınlar arasında yarışlar keçiriləcək.


Xəbər 1053 dəfə oxundu.