Azərbaycan Balkan Atletika Assosiasiyasının konfransında təmsil olunub
Serbiyanın Vryanko Banyo şəhərində Balkan Atletika Assosiasiyasının konfransı keçirilib.

Ölkəmiz konfransda Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə ilə təmsil olunub.

Konfransda, həmçinin Dünya Atletikasının vitse-prezidenti Sergey Bubka, Balkan Atletika Assosiasiyasının prezidenti, Avropa Atletika Federasiyasının vitse-prezidenti və Dünya Atletikasının icraiyyə komitəsinin üzvü Dobromir Karamarinov, Serbiya Atletika Federasiyasının baş katibi Slobadan Brankovic və Vryanko Bayka şəhərinin meri konfransda iştirak ediblər.

Xəbər 804 dəfə oxundu.