Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər müəyyənləşib
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Turnirin qrup mərhələsinin V turunun qarşılaşmalarından sonra tərtib olunan siyahıya Robert Levandovski ("Bavariya"), Lionel Messi (“Barselona”), Keylor Navas (PSJ) və Romelu Lukaku (“İnter”) daxil edilib.

Həftənin oyunçusu azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək və noyabrın 29-da açıqlanacaq.

Xəbər 696 dəfə oxundu.