Fövqəladə Hallar Nazirliyi əməkdaşları növbəti uğura imza atıblar
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin (FHN İSM) üzvləri Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatında uğurla çıxış ediblər.

FHN-dən Azsport.az saytına bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) N saylı hissəsinin baş yanğınsöndürəni daxili xidmət çavuşu, kunq-fu sanda üzrə respublika üçüncüsü, alpaqut üzrə ikiqat Azərbaycan çempionu Tural Useynov 74 kiloqram çəki dərəcəsində caymaz və batur növlərində birinci yeri tutub. DYMX-nin Bakı şəhəri neft emalı müəssisələrinin mühafizəsi üzrə yanğından mühafizə dəstəsinin N saylı yanğın hissəsinin yanğınsöndürəni daxili xidmət sıravisi, qriplinq üzrə respublika çempionu Fərid Nəsirov (70 kq) batur növündə gümüş medala sahib olub. Dövlət Yanğından Mühafizə Xidmətinin N saylı hissəsinin yanğınsöndürəni daxili xidmət çavuşu Abbas Abbaslı batur yarışında ikinci, qriplinq üzrə isə üçüncü olub. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcı daxili xidmət çavuşu, alpaqut üzrə Avrasiya kubokunun qalibi, dünya çempionu Elvin Mirzəyev (60 kq) caymaz yarışında qızıl medal qazanıb.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib, növbəti yarışlarda onlara müvəffəqiyyətlər arzulayıb.

Xəbər 689 dəfə oxundu.