Naxçıvanda keçirilən futzal liqasının 7-ci turunun oyunları başa çatıb
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada ilk dəfə olaraq dövlət və özəl təşkilatlar arasında keçirilən futzal liqasının 7-ci turunun oyunları başa çatıb.

Bu turda aşağıdakı nəticələr qeydə alınıb:

“Antiinhisar və İBNDA” - “FHN-Xilasedici” 1:4

“Diplomatik” – “DSMF” 2:7

“Penitensiar Xidmət” – “Badamlı” 0:4

ƏƏSMN - “Türkiyə səfirliyi” 8:1

“Nəqşicahan Holdinq” – “Hava Limanı” 11:3

“Ədliyyə” – “Prestij” 2:6

“Ağbulaq” – “Günnüt” 3:2

“Panter” – “Birlik” 11:5

“Cahan Holdinq” – “Qayğı” 6:0

“Zirvə” – “Lokomotiv” 1:1

“Nuhçıxan” – “Mustanq” 5:8

Hazırda turnir cədvəlinə 7 görüşdə maksimum xal toplayan “Panter” başçılıq edir. “Badamlı” və “Penitensiar Xidmət” komandalarının aktivində 18 xal var.

Xəbər 677 dəfə oxundu.