Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək | |
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raundundakı rəqiblərindən Xorvatiya yığması yoldaşlıq oyunları keçirəcək. Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Balkan təmsilçisi Ukrayna millisi ilə üz-üzə gələcək. Oyunlar dekabrın 2-də və 3-də Ukraynada keçiriləcək. Qeyd edək ki, elit-raundda millimizin yer aldığı qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-də Xorvatiyada keçiriləcək. C qrupundakı digər iştirakçılar Rusiya və Slovakiya milliləridir. |
|
Xəbər 702 dəfə oxundu. |
|
|