AFFA-nın əməkdaşları “UEFA GROW” layihəsinin növbəti seminarında iştirak ediblər
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “UEFA GROW” layihəsinin şərqi Avropa üzrə növbəti seminarı keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, mövzusu “Qadın futbolu marketinqi” olan seminarda Qazaxıstan Futbol Federasiyasının baş katibi Azamat Aytxojinin açılış nitqindən sonra UEFA-nın biznesin inkişafı meneceri Oleksandr Kuçeryavıy, biznesin inkişafı koordinatoru Polli Bankroft və “UEFA GROW” eksperti Sissel Hartley tərəfindən təqdimatlar edilib, həyata keçirilmiş müxtəlif layihələr müzakirə olunub.

Noyabrın 26-da isə iştirakçı Milli Assosiasiyaların nümayəndələri ölkələrində həyata keçirdikləri layihələri təqdim ediblər.

Seminarda ölkəmiz AFFA-nın marketinq və sponsorluq departamentinin müdiri Tural Piriyev və departamentin əməkdaşı Nərmin Əliyeva ilə təmsil olunub.

“UEFA GROW” UEFA-nın tərəfindən üzv milli asosiasiyalara müxtəlif sahələrin inkişafı ilə bağlı dəstək proqramıdır. AFFA 2015-ci ildən başlanan layihənin fəal iştirakçılarındandır.

Xəbər 709 dəfə oxundu.