Sumqayıtlı şahmatçının uğuru | |
Türkiyənin Mersin şəhərində keçirilən şahmat festivalının A turnirində Sumqayıt təmsilçisi ikinci yeri tutub. Belə ki, şəhər şahmat məktəbinin yetirməsi Misrətdin İsgəndərov 9 turdan 7 xal toplayaraq gümüş medal qazanıb. Onunla eyni xala malik olan özbəkistanlı Nodirbek Abddursattorov əlavə göstəricilərə görə təmsilçimizi qabaqlayaraq turnirin qalibi olub. M. İsgəndərov medal qazanmaqla yanaşı, həm də qrossmeyster normasının 3-cü balını toplayıb. |
|
Xəbər 724 dəfə oxundu. |
|
|