Rafael Nadal 200 həftə dünya reytinqinin zirvəsində olmuş altıncı tennisçidir
İspaniyalı Rafael Nadal tennis tarixində 200 həftəni dünya reytinqinin zirvəsində başa çatdırmış altıncı tennisçi olub.

Mövsümü dünyanın birinci raketka ustası kimi başa çatdırandan sonra Rafael Nadal noyabrın 24-də Madriddə Den Evansa qalib gələrək tək və qoşa yarışlarda dalbadal 30-cu dəfə kuboklu qələbə qazanıb və altıncı Devis Kubokunun sahibi olub.

Rafael Nadal tennis tarixində bu göstəriciyə nail olmuş altıncı və fəaliyyətdə olan üçüncü tennisçidir. Lakin o, Rocer Federer (310 həftə), Novak Cokoviç (276 həftə), Pit Sampras (286 həftə), İvan Lendl (270 həftə) və Cimmi Konnorsdan (268 həftə) hələ çox geri qalır.

AZƏRTAC

Xəbər 911 dəfə oxundu.