“Porsche” Formula 1-ə gəlməsi barədə şayiələri bir daha təkzib edib | |
“Porsche” avtomobil şirkətinin avtomobil idmanı proqramının rəhbəri Frits Entsinger növbəti dəfə bəyan edib ki, alman firması yaxın vaxtlarda nə motor tədarükçüsü qismində, nə də ayrıca bir zavod komandası kimi Formula 1-də iştirak etməyə hazırlaşmır. Əvvəllər “Porsche” avtomobil şirkəti idman prototipləri yürüşlərindən uzaqlaşıb və hazırda avtomobil idmanı bölməsinin əsas səylərinin yönəldiyi Formula-E yarışlarında iştirak edir. GrandPX.news portalı xəbər verir ki, Etsingerdən şirkətin Formula 1-ə gəlməsinin mümkünlüyünü soruşublar. “İndi o zamanlar deyil. Formula 1 bizim üçün artıq keçmişdə qalıb”, - deyə o cavab verib. “Porsche” avtomobil şirkətinin Formula 1-də axırıncı iştirakı 1991-ci ildə olub. Həmin vaxt şirkət “Futvork” komandasına motor tədarük edib. Komanda bundan sonra “Ford” şirkətinin mühərriklərinə keçib. AZƏRTAC |
|
Xəbər 700 dəfə oxundu. |
|
|