Azərbaycanın yeniyetmə qılıncoynadanı “Riposta Cup” beynəlxalq turnirində çıxış edib | |
Azərbaycanın yeniyetmə qılıncoynadanı Zərifə Hüseynova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 17 yaşadək sablyaçılar arasında “Riposta Cup” beynəlxalq turnirində çıxış edib. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-nü qalib başa vuran idmançımız pley-offda rumıniyalı İona Krakiuna 15:5 hesabı ilə qalib gəlib. Z.Hüseynova onaltıdabir finalda digər rumıniyalı sablyaçı Teodara Neaquya 11:15 hesabı ilə uduzub. |
|
Xəbər 716 dəfə oxundu. |
|
|