Azərbaycanın U-17 komandasının iki üzvü “Marcet” Futbol Akademiyasına göndərilib
AFFA rəhbərliyi yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının iki üzvünü - Rauf Rüstəmlini (“Qəbələ”) və Musa Musazadəni (“Qarabağ”) İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, futbolçular adıçəkilən akademiyada noyabrın 25-dən dekabrın 22-dək təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.

Xəbər 741 dəfə oxundu.