Azərbaycanın yeniyetmə qılıncoynadanı Antalyada keçirilən açıq turnirdə fərqlənib
Azərbaycanın yeniyetmə şpaqaçıları Antalyada keçirilən açıq turnirdə iştirak ediblər.

Turnirdə 10, 12 və 14 yaş kateqoriyaları üzrə 260-dan çox oğlan və qız iştirak edib. Qılıncoynadanlarımızdan ən yaxşı nəticəyə 14 yaşlı idmançıların yarışında çıxış edən Orxan Həsənli imza atıb. Ən güclü 8-liyə yüksələn O.Həsənli turnirin təşkilatçıları tərəfindən diplom və xatirə medalı ilə təltif edilib.

Qeyd edək ki, yeniyetmə şpaqaçılaırmız turnir öncəsi Zuğulbada yerləşən təlim-məşq bazasında hazırlıq keçiblər.

Xəbər 688 dəfə oxundu.