Braun Hemiltonun titullar üzrə Şumaxerin rekordunu yeniləyəcəyini istisna etmir
Formula 1 çempionatının idman direktoru Ross Braun “Mercedes” komandasının pilotu, altıqat dünya çempionu Luis Hemiltonun hesabında yeddi titulun olduğu Mixael Şumaxeri üstələyəcəyi ehtimalını irəli sürüb.

Ross Braun “Planet F1” portalına müsahibəsində deyib: ”"Mercedes” güclü komandadır. Hətta yeni reqlamentin yaratdığı şəraitdə belə onlar öz işinin öhdəsindən gələcəklər. Əgər Luis komandada qalsa, o, hələ bir neçə titul qazanacaq.

Əsas məsələ bundadır: o, yeni çağırışı qəbul etmək istəyəcəkmi? Mixael “Benetton” komandasının tərkibində çempion olmuşdu, sonra “Ferrari”də çətin çağırışı qəbul etmək istədi. Luis karyerasının sonunda bu cür çağırışı qəbul etmək istəyəcəkmi? Yaxud ona hər şeyin yaxşı məlum olduğu və sabitliyin hökm sürdüyü yerdə qalacaq?”.

AZƏRTAC


Xəbər 732 dəfə oxundu.