Karate üzrə Azərbaycan birinciliyi və çempionatının ilk qalibləri müəyyənləşib
Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı davam edir.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışlarda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparırlar.

Turnirdə artıq böyüklər və gənclər arasında yarışların qalibləri müəyyənləşib. Belə ki, qadınlar arasında kata üzrə Neda Rezai, kumitedə Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamirə Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Mədinə Quliyeva (50 kq) birinci yerə layiq görülüblər. Kişi karateçilərin mübarizəsində isə kata yarışında Ceyhun İsmayılov, kumite üzrə Elvin Ağayev (84 kq-dan yuxarı), Novruz Əliyev (84 kq), Samir Məmmədov (75 kq), Məhəmməd İsmayılov (67 kq) və Ülvi Qurbanov (60 kq) qızıl medal qazanıblar.

U-21-lərin yarışında Nərgiz Məmmədova kata, Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamira Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Fidan Teymurova (50 kq) kumite yarışlarında qalib olublar. Oğlanların yarışında isə Ceyhun İsmayılov kata, Murad Hacızadə (84 kq-dan yuxarı), Musa Sarızadə (84 kq), Fərid Şahbazlı (75 kq), Asim Məmmədov (67 kq) və Fərid Əbdülkərimov (60 kq) kumite üzrə birinci yerə layiq görülüblər.

Yarışlar noyabrın 24-dək davam edəcək.


Xəbər 747 dəfə oxundu.