Bakının “Azərreyl” klubu xorvatiyalı voleybolçunu heyətinə qatıb
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası yeni müqavilə imzalayıb.

Ölkə çempionu xorvatiyalı voleybolçu Doris Pişmatı heyətinə qatıb.

Bakı təmsilçisi 20 yaşlı voleybolçunu Xorvatiyanın “Dinamo Zaqreb” komandasından transfer edib. D.Pişmat mövsümün sonunadək “Azərreyl”in şərəfini qoruyacaq.

Qeyd edək ki, “Azərreyl” daha əvvəl Anastasiya Mertsalova, Marianna Abuyeva, İradə Hüseynova, Elmira Eynalova Valeriya Kondratyeva və Nelli Salbishvili ilə də müqavilə bağlayıb.

Xəbər 689 dəfə oxundu.