Zaqatalada “Sağlam gənclik” veloyürüşü keçirilib
Azərbaycan Gənclər Fondu və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı, Zaqatala rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zaqatalada “Sağlam gənclik” veloyürüşü keçirilib. Zaqatala rayon Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüşdə 800-dən çox peşəkar və həvəskar gənc iştirak edib.

Yürüş başa çatdıqdan sonra ərazidə velosiped dayanacaqları quraşdırılıb. Zaqatala rayon Gənclərin İnkişaf və Karyera Mərkəzində yeni yaradılan veloklubda texniki ləvazimatlar və velosipedlər gənclərin ixtiyarına verilib.

Xəbər 968 dəfə oxundu.