Hakimlər və məşqçilər üçün seminar keçirilib
Azərbaycan Milli Karate Federasiyasında (AMKF) hakimlər və məşqçilər üçün növbəti nəzəri seminar keçirilib.

Tədbirdə respublikanın müxtəlif bölgələrindən hakim və məşqçilər iştirak ediblər. Seminarda çıxış edən AMKF-nin prezidenti Yaşar Bəşirov yarışların keçirilməsində və milli komandanın heyətinə üzvlərin seçilməsində hakimlərin işinin əhəmiyyətini vurğulayıb. O, həmçinin məşqçi və hakimlərin bilik və səviyyələrinin artırılması üçün görülən işlərdən danışıb.

Yeniyetmə və gənclər milli komandasının baş məşqçisi Anar Allahverdiyev bu yaş qrupları üzrə seçmə heyət üzvlərini təyin etmək üçün qaydalarda yeniliklər barədə məlumat verib.
Sonra Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi ilə nəzəri seminarda Dünya Karate Federasiyasının yarış qaydalarında dəyişiklik və əlavələr milli dərəcəli hakimlər və klub məşqçilərinin diqqətinə çatdırılıb.

Xəbər 725 dəfə oxundu.