“Red Bull” Formula 1-də pit-stop sürətinə görə yeni rekord müəyyən edib
Avstriyanın “Red Bull” Formula 1 komandası dünya çempionatı tarixində ən sürətli pit-stop keçirib.

Braziliya Qran-Prisi zamanı mexaniklər hollandiyalı pilot Maks Ferstappenin bolidinə cəmi 1,82 saniyə xidmət göstəriblər.

Əvvəlki rekord da “Red Bull”a mənsub olub və 2019-cu ildə Almaniya Qran-Priusi zamanı müəyyən olunub. Onda “Red Bull” komandası elə həmin Ferstappenin pit-stopuna 1,88 saniyə vaxt sərf edib. 2019-cu ildə Böyük Britaniya Qran-Prisi zamanı mexaniklər fransız Pyer Qaslinin avtomobilinin dörd təkərini 1,91 saniyə ərzində dəyişiblər.

2019-cu ilin Braziliya Qran-Prisinə gəldikdə isə pit-stopların heç biri iki saniyədən az çəkməyib. İkinci yeri tutan “Uilyams” Robert Kubitsaya 2,10 saniyə xidmət göstərib.

AZƏRTAC

Xəbər 720 dəfə oxundu.