«Çelsi» qəhrəmanı qorudu

Çempionlar Liqasında qalib gələn İngiltərənin «Çelsi» futbol klubu transfer dövrünə fəal qədəm qoyub. 21 yaşlı belçikalı Eden Hazarı Fransa «Lill»indən 40 milyon avroya (50 milyon dollar) almış «zadəganlar» Didye Droqğba və Salomon Kalu ilə yollarını ayırsa da, qapıçı Petr Çexlə müqaviləni uzadıb. «idman.com.az» Avropa KİV-lərinə istinadən bildirir ki, çexiyalı qolkiper 2016-cı ilə qədər klubun şərəfini qoruyacaq. O, 2004-cü ildə Fransa «Renn»indən alınmışdı. O vaxtdan 369 matçda «Çelsi»nin formasını geyinib. Builki Çempionlar Liqası ilə yanaşı, 3 dəfə İngiltərə Premyer Liqasını, 4 dəfə ölkə kubokunu0, 2 dəfə Liqa Kubokunu qazanıb. 2011-ci ildə başa çatan mövsümün yekunlarına əsasən, komandanın ən yaxşı oyunçusu da seçilmişdi.

Xəbər 879 dəfə oxundu.