Qadın voleybolçularımız Qızıl, kişilərdən ibarə komandamız isə Gümüş Avropa Liqasında mübarizə aparacaq
Kişi və qadın voleybolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa Liqasının formatında dəyişiklik edilib.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, Avropa üzrə reytinqi yüksək olan komandalar Qızıl, digər yığmalar isə Gümüş Avropa Liqasında iştirak edəcəklər.

2020-ci ilin may-iyun aylarında təşkil olunacaq yarışda qadınlardan ibarət millimiz Qızıl, kişi voleybolçularımız isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.

Xəbər 743 dəfə oxundu.