Uşu üzrə İpək Yolu açıq Avrasiya turnirində Azərbaycanı 15 idmançı təmsil edəcək
Noyabrın 26-dan dekabrın 1-dək Türkiyənin paytaxtı Ankarada uşu üzrə beynəlxalq İpək Yolu açıq Avrasiya turniri keçiriləcək.

Turnirdə ölkəmizi yeniyetmə, gənclər, böyüklər və qadınlardan ibarət 15 nəfərlik komanda təmsil edəcək.

Qeyd edək ki, beynəlxalq yarışda ölkəmizdən başqa, İran, İraq, Əfqanıstan, Qırğızıstan, Belçika, Yunanıstan, Rusiya, Gürcüstan və Qazaxıstandan 600-ə yaxın idmançı qüvvəsini sınayacaq.

Xəbər 679 dəfə oxundu.