Azərbaycanın U-16 komandasının təlim-məşq toplanışına 28 futbolçu dəvət olunub
Noyabrın 28-dən dekabrın 2-dək Bakıda 16 yaşadək (2004-cü il təvəllüdlü) futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, hazırlıq prosesinə Ərtoğrul Quliyev (“Qarabağ”), Rəhman Məmmədov (“Sumqayıt”), Nicat Quliyev (“Səbail”), Bayram Nacafəliyev (“Paxtakor”, Özbəkistan), Vasif Fərəcov, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”), Qurban Səfərov (“Keşlə”), Fariz Xeyrullayev (“Neftçi”), Ruhid Mustafayev (“Sumqayıt”),

Sahib Həsənov (“Keşlə”), İxtiyar Məmiyev, Emil Süleymanov, Fərid Kələntərov, Nuğay Rəşidov (hamısı “Qəbələ”), Tofiq Bayramov (“Keşlə”), Namiq Şamilov, İbrahim Ramazanov (hər ikisi “Qəbələ”), Elxan Zeynalabdinzadə (“Sabah”), Nihad Şirinzadə (“Keşlə”), Rüfət Abbasov (“Neftçi”), Amin Qarayev (“Qarabağ”), Mahmud Ağayev (“Zirə”), Firəddin Abdullayev (“Sabah”), Xəyal Əliyev (“Səbail”), Oruc Məmmədov (“Neftçi”), Nahid Əliyev (“Sankt-Peterburq”, Rusiya), Ağadadaş Salyanski (“Neftçi”) və Raul Yaqubzadə (“Peruca”, İtaliya) dəvət olunublar.

Xəbər 691 dəfə oxundu.