Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin edilib
İngiltərənin “Tottenhem” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Bu, portuqaliyalı məşqçi Joze Mourinyodur. Onunla 2023-cü ilə kimi müqavilə imzalanıb.

“Joze ən yaxşı məşqçilərdən biridir. Onun çox yaxşı təcrübəsi var. Biz əminik ki, Joze komandamıza yeni enerji və ruh yüksəkliyi gətirəcək”, – deyə klub prezidenti Daniel Levi bildirib.

AZƏRTAC

Xəbər 749 dəfə oxundu.