Naxçıvan futzal liqasında 6-cı turun oyunları yekunlaşıb
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında ilk dəfə olaraq keçirilən futzal liqasında növbəti turun oyunları olub.

Turun mərkəzi qarşılaşmasında iki məğlubiyyətsiz komanda - “Badamlı” və “Nəqşicahan Holdinq” üz-üzə gəlib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən görüşə maraq olduqca böyük olub və matçı 400-dən çox azarkeş izləyib. Gərgin keçən görüş “Nəqşicahan Holdinq” komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Altıncı turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Lokomotiv” - “Antiinhisar və İBNDA” 7:0

“Mustanq” - “Zirvə” 5:7

“Türkiyə Səfirliyi” - “Panter” 0:9

“Qayğı” - “Mübariz” 5:0

“FHN-Xilasedici” - “Ədliyyə N.” 4:9

“Prestij” - “Diplomatik” 3:4

“DSMF” – ƏƏSMN 4:4

“Nəqliyyatçı” – “Ağbulaq” 4:10

“Günnüt” – “Nuhçıxan” 8:2

“Hava Limanı” – “Cahan Holdinq” 3:3

“Birlik” – “Penitensiar Xidmət” 1:3

Xəbər 711 dəfə oxundu.