Azərbaycanlı cüdo hakimləri beynəlxalq yarışlarda ədaləti qoruyublar
Ötən həftənin sonunda yeniyetmə cüdoçular arasında Avropa kuboku və bir neçə beynəlxalq turnir keçirilib.

Azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar. Beynəlxalq dərəcəli hakim Rəşad Əliyev Macarıstanın Qyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku yarışında bir neçə görüş idarə edib. Daha bir referimiz Əli Kərimov isə Ukraynanın Zaporojye şəhərində baş tutan yeniyetmə cüdoçuların beynəlxalq turnirində ədalət təmsilçisi olub.

Xəbər 724 dəfə oxundu.