Azərbaycanın U-21 komandası Ukrayna yığması ilə yoldaşlıq oyununda gücünü sınayacaq
Bu gün “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

“CBC Sport” televiziya kanalında canlı yayımlanacaq oyunun baş hakimi Orxan Məmmədov olacaq. Ona Namik Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.

Xəbər 741 dəfə oxundu.