Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat alıb
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz Çempionlar Liqası yarışının B qrupunda mübarizə aparan Rusiyanın “Lokomotiv Kalininqrad” və Sloveniyanın “Nova KBM Branik” komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq. Ona polşalı Vojcieç Maroszek kömək edəcək.

Görüş noyabrın 20-də Kalininqraddakı “Yantarnıy Arena”da keçiriləcək.

Xəbər 679 dəfə oxundu.