Voleybol üzrə Bakı birinciliyi davam edir
2006-2007-ci il təvəllüdlü qız voleybolçular arasında Bakı birinciliyində növbəti oyunlar keçirilib.

“Azəri” komandası “Azərreyl 1” və “Azərreyl 2”ni 2:0 hesabı ilə məğlub edib. “Xətai” “Azərreyl 2”yə 2:0 hesabı ilə qalib gəlsə də, “Azərreyl 1”ə eyni hesabla uduzub.

Altı komandanın iştirak etdiyi yarışın turnir cədvəlinə “Azəri” komandası liderlik edir.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən birincilikdə ən çox xal qazanan komanda Bakı birincisi olacaq.

Xəbər 706 dəfə oxundu.