Azərbaycanın U-17 komandası qazaxıstanlı həmyaşıdları ilə qarşılaşacaq
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Yığmamız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 16:00-da başalayacaq oyunu ukraynalı baş hakim Denis Şurman idarə edəcək. Ona Viktor Matyaş (Ukrayna) və yunanıstanlı Konstantinos Triantafyllou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Stefanos Koymparakis (Yunanıstan) yerinə yetirəcək.

Millimiz ilkin seçmə mərhələ çərçivəsində Yunanıstan yığmasına 1:6, Almaniya komandasına isə 0:2 hesabı ilə məğlub olub.

Xəbər 651 dəfə oxundu.