Ləhistanlıların 23-lüyü bəlli oldu
Polşa yığmasının evdəki qitə çempionatında şərəfini qoruyacaq futbolçuların yekun siyahısı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Frantişek Jmuda özü ilə çempionata aşağıdakı 23 nəfəri aparacaq:

Qapıçılar: Voysex Şesnı («Arsenal», İngiltərə), Pjemıslav Tıton (PSV, Niderland), Qjeqoj Sandomerski («Genk», Belçika)
Müdafiəçilər: Lukaş Pişek («Borussiya» D., Almaniya), Marçin Vasilevski («Anderlext», Belçika), Yakub Vavjinyak («Legiya»), Marsin Kaminski («Lex»), Qjeqoj Voytkovyak («Lex»), Sebastyan Beniş («Verder», Almaniya), Damyen Perki («Soşo», Fransa)

Yarımmüdafiəçilər: Oyqen Polanski («Mayns», Almaniya), Dariuş Dudka («Oser», Fransa), Adam Matuşik («Fortuna», Almaniya), Adrian Mejeyevski («Trabzonspor», Türkiyə), Yakub Blaşikovski («Borussiya» D., Almaniya), Lüdovik Obranyak («Bordo», Fransa), Matsey Rıbus («Terek», Rusiya), Kamil Qrosiçki («Sivasspor», Türkiyə), Rafal Muravski («Lex»), Rafal Volski («Legiya»)

Hücumçular: Robert Levandovski («Borussiya» D., Almaniya), Artur Sobex («Hannover», Almaniya), Pavel Brojek («Seltik», Şotlandiya)

Xəbər 976 dəfə oxundu.