II Caspian Cup-a giriş pulsuzdur
Mayın 30-dan iyunun 4-ə qədər olan müddətdə AFFA-nın təşkilatçılığı ilə Bakı şəhərində 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında II Caspian Cup beynəlxalq turniri keçiriləcək. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu yarış ilk dəfə 2011-ci ildə keçirilmiş, Azərbaycan və iştirakçı ölkələrin futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı.

II Caspian Cup turnirində Azərbaycan yığması ilə yanaşı, Türkiyə, Yaponiya, Gürcüstan, Qazaxıstan, Litva, Özbəkistan və Qırğızıstanın U-17 komandası iştirak edəcək. Bu turnirin təşkilində əsas məqsəd Azərbaycanda futbolun inkişafının, kütləviliyinin təmin olunması, beynəlxalq əlaqələrin genişləndirilməsidir.

II Caspian Cup turnirinin təşkili ilə bağlı artıq FIFA, UEFA və Asiya Futbol Konfederasiyası ilə müvafiq qaydada razılıq əldə olunub.
Turnirin oyunlarında stadiona giriş sərbəst olacaq.
II Caspian Cup turnirinin təqvimini bir daha diqqətinizə çatdırırıq:

30 may
10:00. Litva – Qazaxıstan. AzAL Arena
10:00. Türkiyə – Gürcüstan. “Dalğa Arena”
16:30. Açılış mərasimi. “Dalğa Arena”
17:00. Azərbaycan – Qırğızıstan. “Dalğa Arena”
19:30. Yaponiya – Özbəkistan. “Dalğa Arena”

31 may
10:00. Özbəkistan – Türkiyə. AzAL Arena
10:00. Yaponiya – Gürcüstan. “Dalğa Arena”
17:00. Litva – Qırğızıstan. “Dalğa Arena”
20:00. Qazaxıstan – Azərbaycan. “Dalğa Arena”

2 iyun
10:00. Qazaxıstan – Qırğızıstan. AzAL Arena
10:00. Gürcüstan – Özbəkistan. “Dalğa Arena”
17:00. Yaponiya – Türkiyə. “Dalğa Arena”
19:15. Azərbaycan – Litva. “Dalğa Arena”

4 iyun
10:00. 7-ci yer uğrunda oyun. AzAL Arena
10:00. 5-ci yer uğrunda oyun. “Dalğa Arena”
17:00. 3-cü yer uğrunda oyun. “Dalğa Arena”

19:30. Final
21:15. Bağlanış mərasimi

Xəbər 1182 dəfə oxundu.