Azərbaycanın U-17 komandası növbəti oyununu keçirib
On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması növbəti oyununu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, Almaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:2 hesabı ilə məğlub olub.

Futbolçularımız turnirdə sonuncu oyununu noyabrın 19-da Qazaxıstan yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Millimiz ilk oyununda Yunanıstan yığmasına 1:6 hesabı ilə məğlub olub.

Xəbər 723 dəfə oxundu.