Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
Dekabrın 4-6-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Yarışın əsasnaməsinə uyğun olaraq, mübarizəyə yunan-Roma güləşçiləri start verəcək. Belə ki, dekabrın 4-də bütün çəki dərəcələri üzrə pəhləvanlar xalça üzərinə çıxacaq. İlk yarış günündə finalçılar müəyyənləşəcək, eləcə də təsəlliverici qarşılaşmalar keçiriləcək. Növbəti gün axşam seansında həlledici görüşlər baş tutacaq və güləşin bu növündə medalçılar bəlli olacaq.

Dekabrın 4-də sərbəst güləş üzrə yarışa start veriləcək. Həmin gün bu növ üzrə 10 çəkidə (57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq) finalçıların adlarına aydınlıq gələcək. Ertəsi gün əvvəlcə təsəlliverici, daha sonra medal görüşləri təşkil olunacaq.
Qeyd edək ki, yarışlar hər gün saat 10:00-da başlayacaq. Çempionatın açılış mərasimi dekabrın 5-də 17:00-da start götürəcək. Çempionat boyunca arenaya giriş pulsuz olacaq.


Xəbər 741 dəfə oxundu.