Avropa kuboku: “Vüqar Həşimov” Avstriya, “Odlar Yurdu” Serbiya şahmatçıları ilə mübarizə aparacaqlar
Noyabrın 16-da Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun yeddinci turunun oyunları keçiriləcək.

“Vüqar Həşimov” klubu növbəti turda Avstriyanın “Raika Rapid Feffernitz”, “Odlar Yurdu” Serbiyanın “Jelica” komandası ilə mübarizə aparacaq.

Altı turun nəticəsinə görə, “Odlar Yurdu” komandası 7 xalla 5-ci, “Vüqar Həşimov” klubu 8 xalla 11-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, “Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova mübarizə aparırlar.

Xəbər 701 dəfə oxundu.