Futzal üzrə Azərbaycan millisinin rəqibi yoldaşlıq oyunları keçirəcək
Futzal üzrə Azərbaycan millisinin dünya çempionatının elit-raundundakı rəqiblərindən Xorvatiya yığması yoldaşlıq oyunları keçirəcək.

Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Balkan təmsilçisi Ukrayna millisi ilə üz-üzə gələcək. Oyunlar dekabrın 2-də və 3-də Ukraynada keçiriləcək.

Qeyd edək ki, elit-raundda millimizin yer aldığı qrupun oyunları gələn il yanvarın 27-dən fevralın 5-dək Xorvatiyada keçiriləcək. C qrupundakı digər iştirakçılar Rusiya və Slovakiya milliləridir.

Xəbər 637 dəfə oxundu.