Avropa kuboku: “Odlar Yurdu” “Monte Karlo” ilə “sülh” bağlayıb
Noyabrın 15-də Monteneqroda şahmat üzrə klublararası Avropa kubokunun 6-cı turunun oyunları keçirilib.

“Vüqar Həşimov” klubu növbəti turda Çexiyanın “AVE Novy Bor” komandasına uduzub (2:4). “Odlar Yurdu” komandası isə Monakonun “Monte Karlo” kollektivi ilə “sülh” bağlayıb.

Altı turun nəticəsinə görə, “Vüqar Həşimov” klubu 8, “Odlar Yurdu” komandası 7 xal toplayıb.

“Vüqar Həşimov” klubunda Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıqov, Anar Allahverdiyev, Aydın Süleymanlı, Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa, “Odlar Yurdu” komandasının heyətində isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova yer alıblar.

Xəbər 721 dəfə oxundu.