Formula 1 mövsümünün sonuncudan əvvəlki mərhələsi Braziliyada keçirilir
Bu gün 2019-cu il mövsümündə Formula 1 maşınları sinfində avtoyürüşlər üzrə dünya çempionatının 20-ci mərhələsinə daxil olan Braziliya qran-prisi start götürür. Pilotlar yürüşlərin ilk günündə iki sərbəst çıxış edəcəklər.

Cari mövsümün başa çatmasına iki mərhələ qalıb. Əsas sualların cavabları artıq məlumdur: britaniyalı Luis Həmilton öz karyerasında altıncı dəfə dünya çempionu olub, onun “Mersedes” komandası isə dalbadal altıncı dəfə Konstruktorlar Kuboku qazanıb. Çempionatda üçüncü yer uğrunda lokal mübarizə aparılacaq. Hazırda bu yeri “Ferrari” komandasının monakolu pilotu, aktivində 249 xal olan Şarl Lekler tutur. Onun ən yaxın rəqibləri hollandiyalı Maks Ferstappen (“Red Bull”, 235) və alman Sebastyan Fetteldir (“Ferrari”, 230). Ferstappen və Fettel Braziliyada üstünlüyə malik olacaqlar, ona görə ki, Lekler güc qurğusunu dəyişdiyi üçün sonda start götürəcək.

Braziliyada ilk rəsmi qran-pri 1973-cü ildə “İnterlaqos” trasında keçirilib. Sonra uzun illər boyu bu yürüşlərə Rio-de Janeyrodakı “Jakarepaqua” avtodromu ev sahibliyi edib. Lakin 1990-cı ildən etibarən bu yürüşlər hər dəfə “İnterlaqos” trasında keçirilir.

Braziliya qran-prisində qələbələrin sayına görə rekordçu dördqat dünya çempionu fransız Alen Prostdur. O, altı dəfə finiş xəttinə birinci çatıb. Hazırda fəaliyyətdə olan pilotlar arasında Fettel üç dəfə (2010, 2013, 2017), iki dəfə finlandiyalı Kimi Raykkonen (2007) və iki dəfə Hemilton (2016, 2018) Braziliyada qalib gəliblər.

Xəbər 715 dəfə oxundu.