Millimizin üzvləri üçün təqdimat keçirilib
Xəbər verdiyimiz kimi, noyabrın 13-dan etibarən Yunanıstanın Patra şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 9-cu qrupunun oyunları keçirilir.

Yunanıstan Futbol Federasiyasının nümayəndəsi Dmitris Danakis qrup oyunlarında iştirak edən Azərbaycan, Almaniya, Yunanıstan və Qazaxıstan komandalarının üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib. Təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.

Xəbər 695 dəfə oxundu.