“Peugeot” 2022-ci ildə dözümlü avtoyürüşlər üzrə dünya çempionatına qayıdacaq
“Peugeot” 2022-ci ildə dözümlü avtoyürüşlər üzrə dünya çempionatına (WEC) qayıdacaq.

WEC artıq onun idman proqramını təsdiq etdiyini bildirib.

PSA qrupunun icraçı direktoru “PSA Motorsport”un təklifini nəzərdən keçirib və WEC yarışlarında idman proqramının başlanması təklifini dəstəkləyib. “Peugeot” üçün çempionata qayıtmağın başlıca səbəbi yarışlarda hiperkarların istifadəsinə imkan verəcək yeni reqlamentdir.

“Peugeot” dözümlü avtoyürüşlər üzrə dünya çempionatı proqramını 2011-ci ildə, ard-arda iki titul qazandıqdan sonra dayandırıb. Fransızların gedişi tamamilə gözlənilməz olub. “Peugeot”un “Le-Manın 24 saatı” yürüşlərində sonuncu qələbəsi 2009-cu ildə qazanılıb. Həmin vaxt Fransa komandasının tərkibinə Devid Brebem, Mark Jene və Aleksandr Vurts daxil idi.

AZƏRTAC

Xəbər 940 dəfə oxundu.