Azərbaycanın U-17 komandası yunanıstanlı həmyaşıdları ilə qarşılaşıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.

Yunanıstan yığması ilə qarşılaşan komandamız 1:6 hesabı ilə məğlub olub. Yığmamızın yeganə qolunu penaltidən Berkay Vardar vurub.

U-17 qrup mərhələsində növbəti oyununu noyabrın 16-da Almaniya yığmasına qarşı keçirəcək.

Xəbər 722 dəfə oxundu.