Yeniyetmə boksçular arasında Bakı birinciliyi start götürüb
Yeniyetmə boksçular arasında Bakı birinciliyi keçirilir.

Boks Mərkəzində təşkil olunan yarışda 138 idmançı mübarizə aparır. Birinciliyə paytaxtın müxtəlif klub və cəmiyyətlərinin komandaları qatılıblar. Yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Final qarşılaşmaları noyabrın 16-da olacaq.


Xəbər 962 dəfə oxundu.