Dunqa «Latsio»nun baş məşqçisi ola bilər
Braziliya yığmasının keçmiş başməşqçisi Dunqa yaxın vaxtlarda klub fəaliyyətinə başlaya bilər. «La Gazzetta dello Sport»un yazdığına görə, o, İtaliya paytaxtının «Latsio»sunun sükanına keçə bilər.

Qəzet 48 yaşlı mütəxəssisin Roma klubundakı boş qalan vəzifəyə əsas namizəd olmasına əmindir. Hər halda onun təcrübəsində 2006-2010-cu illərin Braziliya yığması var. Dunqadan savayı hazırda «Sassuolo» komandası ilə çalışan Fulvio Peanın namizədliyi «Latsio» rəhbərliyi tərəfindən nəzərdən keçirilir.

İdman.com.az saytının məlumatına görə, «Latsio» bu ayın ortalarından başsız qaılb. Həmin vaxt sükanı Eduardo Rey tərk etmişdi. Eduardo Rey Roma təmsilçisini 2010-cu ilin fevralından çalışdırırdı.

Xəbər 1069 dəfə oxundu.