Del Pyero «Malaqa»ya keçə bilər
«Yuventus»un forvardı Alessandro Del Pyeronun klubu tərk edəcəyi artıq çoxdan məlumdur. İdman.com.az saytının məlumatına görə, futbolçu artıq yaxın günlərdə yeni klubuna da qovuşa bilər. Onun yaxınlarda ispan «Malaqa»sı ilə müqavilə bağlaması gözlənilir.

37 yaşlı futbolçu ispan komandasına sərbəst agent kimi keçə bilər. Belə ki, iyunun 30-da onun «Yuventus»la müqavilə müddəti bitir.
Bundan öncə Del Pyeronun karyerasının davam ünvanı kimi bir neçə klub göstərilirdi. Onların sırasında okeanın o tayından «Los Anceles Qalaksi», İngiltərədən isə «Arsenal», «Tottenhem» və «Kuinz Park Reyncers»in adları var idi.
Ötən mövsümdə Del Pyero «Yuventus»la 38 rəsmi matçda iştirak edib və 5 qol vurub.

Xəbər 1002 dəfə oxundu.