1 saylı RİOEUGİM-in boksçuları Rusiyada 16 medal qazanıblar
Rusiyanın Qaraçay-Çərkəz vilayətinin Dombay şəhərində boks üzrə regionlararası və ətraf ölkələrdən idmançıların iştirakı ilə kubok yarışları keçirilib.

Ölkəmizi turnirdə təmsil edən 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin boksçuları 3 qızıl, 5 gümüş və 8 bürünc medal qazanıblar.

Qızıl medalları komandamızın aktivinə kadetlərin yarışında Ayaz Tağızadə (33 kq), yeniyetmələr arasında Amin Məmmədzadə (42 kq) və Nihad Tağızadə (44 kq) yazdırıblar. Gümüş medallara kadetlərin yarışında Pərviz Aram (36 kq), Cəmşid Məmmədov (65 kq), Bayram Həsənli (72 kq), Fərid İsmayılov (80 kq-dan yuxarı), gənclərdə Ağasəlim Mustafazadə (60 kq) layiq görülüblər. Ələsgər Cəlilov (46 kq), Turan Quluzadə (60 kq), Ruslan Kazımov (63 kq) yeniyetmələr, Sabir Dadaşov (37 kq), Rauf Allahverdiyev (46 kq), Hikmət İbadov (54 kq), Ağəli Eminov (56 kq) kadetlər, Nihat Abdullayev (56 kq) isə gənclərin turnirində üçüncü yeri tutublar.

Xəbər 1025 dəfə oxundu.