Azərbaycan qılıncoynadanı Ukraynada keçirilən xatirə turnirdə iştirak edib
Qılıncoynatmanın şpaqa növü üzrə kişilərdən ibarət yığma komandamızın üzvü Kənan Əliyev Ukraynanın Xarkov şəhərində keçirilən L.V.Averbaxın xatirəsinə həsr olunmuş 12-ci beynəlxalq turnirdə iştirak edib.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 4-də qalib gələn K.Əliyev pley-offa yüksəlib. Onaltıdabir finalda Ukrayna təmsilçisi Vladimir Stankeviçlə görüşdə 15:13 hesablı qələbə qazanan idmançımız növbəti mərhələdə honkonqlu Fonq Hoi Sunu 15:10 hesabı ilə məğlub edib. Şpaqaçımız dörddəbir finalda yaponiyalı Minobe Kazuyasuya 14:15 hesabı ilə uduzub.

Qeyd edək ki, turnirdə 11 ölkədən ümumilikdə 114 idmançı iştirak edib.

Xəbər 793 dəfə oxundu.