8 komanda arasında 8-ci
Azərbaycanın güləş üzrə qadınlardan ibarət milli komandası Tokioda keçirilmiş Dünya Kubokunda iştirak ediblər. İdman.com.az saytının məlumatına görə, xanım idmançılarımız bu yarışda uğursuz nəticə göstəriblər. Təmsilçilərimiz 8 kollektiv arasında 8-ci olublar.

Rəqabətdə ev sahibi Yaponiya ilə yanaşı, Kanada, Monqolustan, ABŞ, Rusiya, Çin və Ukrayna yığmaları da mübarizə aparıblar. Ölkəmiz adı çəkilən sınaqda Anjela Doroqan (48 kq), Nigar Əhmədova (51 kq), Sona Əhmədli (55 kq), İrina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Gözəl Zutova (67 kq), Natalya Palamarçuk (72 kq) və Yarina Dubrovska (55-59 kq) ilə təmsil olunub.

Xəbər 1016 dəfə oxundu.